İsrailin oktyabrın 10-da Qəzza zolağının əsas şəhərlərindən qoşunlarını danışıqlar zamanı razılaşdırılmış mövqelərə çıxarmağa başlayacağı gözlənilir. Bu barədə Həmas siyasi bürosunun üzvü Usamə Həmdan Əl Ərəbi televiziyasına müsahibəsində bildirib.
O, İsrailin Qəzza zolağından silahlı qüvvələrini nə vaxt çıxarmağa başlayacağı ilə bağlı sualı cavablandırarkən, “Onun sabah başlaması gözlənilir. Bir gecədə bunun üçün müəyyən hazırlıqlar ola bilər, ona görə də geri çəkilmə sabah başlamalıdır” deyib.
