Fələstin HƏMAS hərəkatı Qəzza üçün Fələstin Muxtariyyətinə mümkün qədər tez bir zamanda tam səlahiyyətlərin verilməsini, o cümlədən anklavla Misir arasındakı sərhəddəki Rəfah keçid məntəqəsinin fəaliyyət göstərməsini tələb edib. Bəyanat radikalların Telegram kanalında dərc edilib.
Bəyanatda deyilir: “Milli Komitəyə Qəzzanı idarə etmək üçün bütün zəruri səlahiyyətlərin, o cümlədən Rəfah keçidinin hər iki istiqamətdə yenidən açılması və Zolağın yenidən qurulmasına başlamaq səlahiyyətlərinin verilməsini tələb edirik”. HƏMAS həmçinin İsrail hakimiyyətini Qəzzada öldürülən girovların qalıqları müqabilində Fələstin tərəfinə “bir neçə min cəsəd”i təhvil verməkdən imtina etdiyinə görə tənqid edib. (Tass)
