Avqust 16, 2026-12:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Hesablama Palatasının fəaliyyətinin həmkar qiymətləndirməsinin hesabatı təqdim edilib

2025:12:03 - 17:45
in İQTİSADİYYAT
A A

Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsi Hesablama Palatasının fəaliyyətinə dair həmkar qiymətləndirməsinin yekun hesabatını təqdim edib.

“Report” bu barədə Palataya istinadən xəbər verir.

Bildirilib ki, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən Ali Audit Orqanlarının Ərəb Təşkilatının (ARABOSAI) 15-ci Baş Assambleyası çərçivəsində bu ölkənin Baş Audit Məhkəməsinin Prezidenti Dr. Hussam Alanqarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə V.Gülməmmədov səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirib, qurumlararası əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. O, iki qurum arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.

Sədr Palatanın fəaliyyətinin həmkar qiymətləndirməsini əməkdaşlığın mühüm mərhələsi kimi dəyərləndirib. O, qiymətləndirilmənin nəticələrinin Palatanın fəaliyyətinin daha da təkmilləşdirilməsinə töhfə verəcəyinə inamını ifadə edib və bu məsələnin 2026-2030-cu illər üzrə yeni Strateji Planda nəzərə alındığını qeyd edib.

Dr. Hussam Alanqari Azərbaycan nümayəndə heyətini salamlayaraq Assambleyada iştirak etdiklərinə görə təşəkkür edib. O, Palatanın fəaliyyətində əldə olunan nailiyyətləri yüksək dəyərləndirib və aparılmış həmkar qiymətləndirmənin nəticəsinin bunu bir daha təsdiqlədiyini vurğulayıb.

Görüşün sonunda yekun hesabat təqdim olunub.

Əvvəlki Yazı

“Doğu Akdeniz – 2025” təlimi keçirilib

Növbəti Yazı

Ukrayna baş nazirinin müavini İsrailə gəlib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.