Hollandiya hökumətinin Beynəlxalq Məsələlər üzrə Məşvərət Şurası (AİŞ) Avropa hakimiyyət orqanlarına atəşkəs əldə edildikdən sonra Ukraynaya beynəlxalq qoşun qrupu yerləşdirməyi və ona Rusiyaya qarşı hərbi güc tətbiq etmək də daxil olmaqla geniş səlahiyyətlər verməyi tövsiyə edib. Bu barədə şuranın yekununda deyilir.
Sənəd müəlliflərinin qeyd etdiyi kimi, belə bir qrupun komandiri “zərurət yarandıqda güc tətbiq etmək də daxil olmaqla, dərhal reaksiya vermək üçün əvvəlcədən təsdiqlənmiş səlahiyyətə” malik olmalıdır. Onlar həmçinin “genişmiqyaslı atəşkəs pozuntusu” halında döyüş qaydalarının hazırlanmasını təklif edirlər. Hollandiya hakimiyyətinin ssenarisinə görə, bu vəziyyətdə beynəlxalq qrup Ukrayna ordusundan sonra tez bir zamanda “ikinci eşelon” kimi çıxış etməlidir.
Bundan əlavə, beynəlxalq qrupun “müşahidəçi missiyası” xarakteri daşımaması, əksinə, mandatı çərçivəsində “Ukraynanı müdafiə etmək üçün silahlı qüvvədən istifadə edə” bilən tamhüquqlu döyüş qüvvəsi olması vurğulanır. (Tass )
