Dünyanın ən böyük tanker donanması operatoru olan Mitsui OSK Lines şirkətinin rəhbəri Zetaro Tamura Financial Times (FT) qəzetinə bildirib ki, ABŞ-İran razılaşmasından sonra Hörmüz boğazından tam gəmiçiliyin bərpası bir neçə həftədən bir aya qədər vaxt apara bilər.
Onun sözlərinə görə, gəmiçilik şirkətləri normal əməliyyatlara qayıtmağa tələsmir və əldə edilən razılaşmaların boğazdan təhlükəsiz keçidi həqiqətən təmin etdiyinin təsdiqini gözləyəcəklər. Qəzet Tamuradan sitat gətirir ki, “bunun ən azı bir neçə həftə, bəlkə də bir ay çəkəcəyini düşünmək məntiqlidir”.
“Financial Times” qəzetinin məlumatına görə, yüzlərlə gəmi boğaz ərazisində təhlükəsiz keçidi gözləyir.
