“Ənsar Allah” üsyançı hərəkatının husiləri Qırmızı dənizdə batan Eternity C quru yük gəmisinin ən azı 10 ekipaj üzvünü Yəmənə aparıblar, onların arasında Rusiya vətəndaşı da var. Dənizçilərin videoyazısını üsyançıların yaratdığı silahlı qüvvələrin mətbuat xidməti yayıb.
Görüntülərdə Husilərin gəmiyə hücumundan sonra Yəmənə apardığı Eternity C-nin 10 ekipaj üzvünün adları və fotoşəkilləri əks olunub. Qiyamçıların suallarını cavablandıran ekipaj üzvləri bildiriblər ki, yük gəmisi İsrailin Eylat limanına üz tutmalı idi. “Amma, məsələn, mən daha yaxşı bilsəydim, bundan əvvəl evə qayıdardım”, – rus dənizçisi Aleksey deyib. (Tass)
