Yəmən Nəqliyyat Nazirliyinin məlumatına görə, Ənsar Allah hərəkatından olan Yəmənli Husi üsyançıları qurbanların təxliyəsi zamanı Bab əl-Məndəb boğazında Tihama ticarət gəmisinə ikinci raket hücumu həyata keçiriblər.
Agentliyin açıqlamasında deyilir: “Xilasedicilər gəmi heyətinə çatmağa və yaralıları təxliyə etməyə çalışarkən, husilər xilasetmə əməliyyatını pozmaq üçün başqa bir raket atıblar”. Əlavə edilib ki, ikinci hücumda xilasetmə qrupunun bir üzvü yaralanıb. Gəmi əvvəllər üç ballistik raketlə vurulmuş və nəticədə dörd dənizçi həlak olmuşdu. (Tass)
