16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

İçərişəhərdə icazəsiz tikinti və bərpa işləri qadağan olundu

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki abidələrin toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin müvafiq idarə ilə razılaşdırılmadan aparılması qadağan edilib.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.

Fərmana əsasən, qoruğun ərazisində yerləşən abidələrin korlanması, məhv edilməsi və ya “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə razılaşdırılmadan başqa yerə köçürülməsi də qəti şəkildə qadağan olunub.