İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Eyal Zamir Qəzza zolağının cənubundakı Xan Yunisdəki Nasser xəstəxanasının ərazisinə endirilən zərbənin şərtləri ilə bağlı ilkin araşdırmaya göstəriş verib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Bir müddət əvvəl qoşunlar Xan Yunisdəki Nasir xəstəxanası ərazisinə hücum həyata keçirib. Baş qərargah rəisi hadisə ilə bağlı ilkin araşdırmanın ən qısa zamanda aparılmasını əmr edib”, – məlumatda deyilir. Mətbuat xidməti əmin edib ki, “IDF günahsız insanlara vurulan hər hansı zərərdən təəssüflənir və jurnalistləri belə hədəfə almır”. İsrail ordusu “İsrail əsgərlərinin təhlükəsizliyini təmin etməklə yanaşı, günahsız insanlara dəyən zərəri minimuma endirməyə çalışır”. (Tass
