Çexiya Sənaye və Ticarət Nazirliyi, xüsusilə qaz hasilatı lisenziyaları ilə bağlı danışıqlar aparmaq üçün Ukraynaya işgüzar missiya hazırlayır. Bu barədə Çexiya Baş nazirinin birinci müavini və Sənaye və Ticarət naziri Karel Havliçekə istinadən ” İdnes” xəbər portalı məlumat yayıb.
Portal siyasətçinin sözlərini sitat gətirib: “Biznes missiyasının bir hissəsi olaraq, Ukrayna hökumətinin nümayəndələri ilə görüşlər və Ukraynada qaz hasilatı lisenziyaları ilə bağlı danışıqlar planlaşdırılır”.
Havliçek Ukraynada biznes inkişaf etdirən Çexiya şirkətlərinin rəhbərləri ilə görüşüb. Müzakirələr, digər məsələlərlə yanaşı, bu şirkətlərə dövlət dəstəyinin gücləndirilməsinə yönəlib. Sənaye və ticarət nazirinin sözlərinə görə, Ukrayna bazarı, ölkədəki münaqişə bitdikdən sonra, xarici sahibkarlar üçün xüsusilə cəlbedici olacaq.
Siyasətçi qeyd edib ki, “Müharibə bitdikdə, [Ukraynada] Çexiya şirkətlərinin məhsullarına, xüsusən də enerji, tikinti və səhiyyə sektorlarında [istifadə üçün lazım olanlara] artan tələbata hazır olmalıyıq”.
