Teleqraf xəbər verir ki, bu fikirləri Respublika Fənn Olimpiadalarının (RFO) qaliblərinin mükafatlandırılması mərasimində elm və təhsil nazirinin müavini İdris İsayev səsləndirib.
“Bu zalda əyləşən hər bir şagird sübut etdi ki, qarşıya qoyulan məqsədə çatmağın yolu daim öyrənməkdən, zəhmətdən və əzmkarlıqdan keçir. Dövlətin sərvəti təkcə maddi resurslarla deyil, eyni zamanda onun insan kapitalı ilə ölçülür. Təşəbbüskar və yaradıcı gənclər ölkənin inkişafının əsas hərəkətverici qüvvəsidir. Respublika Fənn Olimpiadası gənclərin intellektual potensialının formalaşmasına və inkişafına xidmət edən mühüm platformadır”, – İ.İsayev qeyd edib.
