Hörmüz boğazından keçmək istəyən hər hansı bir gəmi İran hakimiyyətindən icazə almalıdır. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandiri, kontr-admiral Əlirza Təngsiri bildirib.
O, X-də İran Silahlı Qüvvələrinin boğazı keçməyə çalışan iki yük gəmisinə endirdiyi zərbələri şərh edərkən yazıb: “Hörmüz boğazından keçmək niyyətində olan hər hansı bir gəmi İrandan icazə almalıdır”.
