İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İranın elit hərbi bölməsi) Küveytdəki Əli əl-Salim hava bazasında ABŞ-ın radar sistemini və MQ9 dronlarının anbarını vurub.
“Cəsur döyüşçülərimiz dronlardan istifadə edərək erkən xəbərdarlıq radar sistemini tamamilə məhv etdilər və həmçinin Əli əl-Salim bazasındakı MQ9 PUA-sının anqarını vurdular”, – deyə Tasnim xəbər agentliyi İİKK-dən sitat gətirir.
Qeyd olunur ki, zərbə nəticəsində bir neçə dron məhv edilib. (Tass)
