İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) Yaxın Şərq ölkələrinin sakinlərini ölkələrində yerləşən ABŞ hərbi bazalarından ən azı 500 metr məsafədə durmağa çağırıb.
“ABŞ qoşunlarının yerləşdiyi ölkələrin bütün vətəndaşlarını təhlükəsizliyini təmin etmək üçün təcili olaraq ABŞ hərbi yerləşmə yerlərindən və kamuflyaj bazalarından ən azı 500 metr uzaqlaşmağa çağırırıq”, – deyə İİKK-nın bəyanatında bildirilir.
Tehran həmçinin regionun bütün sakinlərini ABŞ qoşunlarının bütün bazaları və yerləri barədə İİKK-nı məlumatlandırmağa, bu məqsədlə xüsusi Telegram hesabı və korpusun veb saytında xüsusi bölmə yaratmağa çağırıb. (Tass)
