İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, elit İran ordusu bölməsi) davam edən münaqişə zamanı regiondan ABŞ-a və Vaşinqtonla əməkdaşlıq edən ölkələrə heç bir neft ixracına icazə verməyəcəyini bəyan edir. Bu barədə İİKK-nın sözçüsü general Əli Məhəmməd Naini bildirib.
Naini, Tasnim xəbər agentliyinin sitat gətirdiyi kimi, “ABŞ-ın İrana qarşı hazırkı təcavüzü nəzərə alınmaqla, İslam Respublikasının silahlı qüvvələri bölgədən düşmənə və tərəfdaşlarına bir litr də olsun neft ixracına icazə verməyəcək”, – deyə bildirib . Generalın sözlərinə görə, İran “neft ehtiyatlarını və regionun təhlükəsizliyini qorumağa hazırdır”.
Naini həmçinin bildirib ki, İslam Respublikası ordusu “müharibəni genişləndirməyə hazırdır” və Tehran “müharibənin sonunun nə vaxt gələcəyini müəyyən edəcək”. (Tass)
