May 19, 2026-8:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

İlham Əliyev: Şəhərlərin inkişafı cəsarət və ehtiyatlılıq tələb edir

2026:05:18 - 16:02
in SİYASƏT
A A

Azərbaycan Prezidenti İlham Əliyev müasir şəhərlərin inkişafını “Formula-1” yarışı ilə müqayisə edərək, qərarlardakı cəsarəti tarixi irsə həssas münasibətlə uzlaşdırmağın vacibliyini vurğulayıb.

“Report” xəbər verir ki, bu barədə Prezident WUF13-ün rəsmi açılış mərasimində bildirib.

Dövlət başçısı qeyd edib ki, bu gün, xüsusən də paytaxtlarda şəhər mühitinin inkişafı eyni zamanda həm qətiyyət, həm də ehtiyatlılıq tələb edir.

“Bəzən mən bunu Bakıdakı Formula-1 yarışı ilə müqayisə edirəm, yeri gəlmişkən, bu, azsaylı şəhər traslarından biridir. Əsas düzlükdə sürət saatda 300 kilometri aşır, sonra isə pilotlar sərt tormoz verməli və bolidləri sanki qədim qala divarının bir metrliyindən keçən, eni cəmi yeddi metr olan küçəyə sığışdırmalı olurlar”, – İlham Əliyev deyib.

Prezidentin sözlərinə görə, şəhərsalma və şəhərlərin modernləşdirilməsi məsələlərində də məhz belə bir balans zəruridir.

“Buna görə də pilotlar cəsur və ehtiyatlı olmalıdırlar. Və biz – qərarlar qəbul edən və inkişaf gündəliyini formalaşdıran liderlər də inkişafda, insanlarımız üçün daha yaxşı şəraitin yaradılmasında, modernləşdirmədə cəsur olmalıyıq, lakin eyni zamanda söhbət tarixi irsin qorunub saxlanmasından gedəndə çox ehtiyatlı olmalıyıq”, – dövlət başçısı vurğulayıb.

Prezident ictimai nəqliyyata sürətli çıxışı olan ekoloji baxımdan təmiz şəhərlərin salınmasının zəruriliyini vurğulayıb:

“Mikromobillik, elektrik enerjisi ilə işləyən müasir avtobuslar – bütün bunlar Bakının və təkcə onun deyil – vahid inkişaf konsepsiyası kimi həyata keçirilir. Artıq dediyim kimi, Azərbaycanın bir çox rayonlarında şəhər inkişafı çox sürətli templərlə gedir. Şübhəsiz ki, bu mühüm görüş və BMT-dən olan dostlarımızın, eləcə də ölkəmizə gələn çoxsaylı qonaqların təcrübəsi hamımıza daha çox şey öyrənməyə, bir-birimizdən öyrənməyə, müsbət təcrübəni mənimsəməyə, həmçinin səhvlərimiz barədə danışmağa kömək edəcək”.

Əvvəlki Yazı

Cənubi Koreyada məktəblilər Azərbaycanın multikulturalizm dəyərləri barədə məlumatlandırılıb

Növbəti Yazı

Musa Yaqubun nəvəsi: İnanıram ki, onun saf və duyğulu şeirləri həmişə yaşayacaq 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.