Aprel 25, 2026-5:01
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

İlin əvvəlindən indiyədək 76 mühafizə orderi verilib

Cari ilin ilk üç ayında Ədliyyə Nazirliyinin yerli icra qurumlarının icraatına ümumilikdə 76 mühafizə orderi daxil olub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 74-ü qısamüddətli, 2-si uzunmüddətli olub.

“Mühafizə orderlərindən 69-u qadına, 7-si kişiyə verilib.

Məlumat üçün bildiririk ki, əvvəlki dövrdən qalanlar da daxil olmaqla, cəmi 150 işin icraatı tamamlanıb”, – məlumatda qeyd olunub.