İsrail oktyabrın 14-də İndoneziya prezidenti Prabovo Subiantonu gözləyir.Bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.
Onun sözlərinə görə, Subiantonun İsrailə “tarixi səfəri” “rəsmi olaraq təsdiqlənib”.
Oktyabrın 13-də Subianto Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində çağırılan “sülh sammitində” iştirak edəcək. İsrailin baş naziri Binyamin Netanyahu da iştirak edəcək.
