Aprel 25, 2026-18:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsi beynəlxalq platformaya çevrilib

2026:04:24 - 17:19
in SOSİAL
A A

Bakı Slavyan Univeristetinin (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüziv universitet modeli” (İTİC 2026) IV beynəlxalq elmi-praktik konfransının regional bölməsi Gəncə Dövlət Universiteti (GDU) ilə birgə Gəncədə keçirilib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, GDU-nun 5-ci tədris binasında keçirilən konfransdan öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla anılıb. Sonra qonaqlar GDU-da fəaliyyət göstərən əlilliyi olan tələbələr üçün mərkəzlə tanış olublar.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov çıxış edərək BSU-nun İTİC 2026 elmi-praktiki konfransının regional bölməsinin GDU-da təşkilinə görə təşəkkürünü bildirib, belə tədbirlərin bölgələrdə keçirilməsinin əhəmiyyətini vurğulayıb.

BSU-nun rektoru Anar Nağıyev bildirib ki, universitetdə inklüziv təhsil siyasətinin məzmunu sistemli şəkildə müəyyənləşdirilərək həm ümumi inkişaf strategiyasında, həm də yeni yaradılan ixtisaslarda öz əksini tapıb. Təhsildə sosial-psixoloji xidmət, pedaqogika, ibtidai sinif müəllimliyi və psixologiya ixtisaslarında inklüziv dəyərlər tətbiq olunur. İnklüziv yanaşma ayrı-ayrı ixtisaslarla məhdudlaşmır, universitetin bütün təhsil proqramlarında bu prinsiplərin inteqrasiyasına diqqət yetirilir. Həyata keçirilən ardıcıl siyasətin nəticəsi olaraq BSU-da regionda inklüziv təhsili əhatə edən yeganə İnklüziv və adaptiv təhsil kafedrası fəaliyyət göstərir. Bu istiqamətdə görülən işlərin əsasında vahid ideoloji dəyərlər dayanır. 2022-ci ildə təşəbbüs kimi başlayan layihə bu gün artıq genişmiqyaslı bir platformaya çevrilib. Onun sözlərinə görə, Naxçıvandan Qubaya, Qubanın Alekseyevka kəndindən Astaraya, oradan isə Şəmkirə qədər ölkənin bütün regionlarını əhatə edən və 1000-dən çox orta məktəb müəllimini birləşdirən geniş bir şəbəkə formalaşdırılıb.

A.Nağıyev vurğulayıb ki, yaradılmış şəbəkə vasitəsilə müəllimlərin ehtiyacları müəyyən edilir, onların bilik və bacarıqlarının inkişafı istiqamətində birgə fəaliyyət həyata keçirilir. BSU ölkədə nadir ali təhsil müəssisələrindən biridir ki, yalnız təhsil sektorunda deyil, eyni zamanda, digər sahələrdə, o cümlədən bank sektorunda inklüziv bankçılıq üzrə təlimlər keçmək təcrübəsinə malikdir. O, həmçinin qeyd edib ki, universitet inklüziv və adaptiv təhsil istiqamətində müxtəlif kateqoriyalardan olan müəllimlər üçün davamlı təlimlər həyata keçirir və bu prosesdə Gəncə Dövlət Universiteti ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

Diqqətə çatdırlılıb ki, “İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsi artıq beynəlxalq platformaya çevrilib. Layihə çərçivəsində Finlandiya, İtaliya və Polşadan olan tərəfdaşlar məktəblərlə işin təşkili, təhsil məzmununun formalaşdırılması və müəllimlərin peşəkar inkişafı istiqamətində mühüm dəstək göstərirlər.

Sonda rektor inklüziv təhsil sahəsində universitetlərarası platformanın yaradılmasını diqqətə çatdırıb, təcrübə və ideyaların paylaşılması üçün birgə platformanın formalaşdırılmasının vacibliyini vurğulayıb.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib ki, orta və ali məktəblərdə inklüziv mühitin formalaşdırılması, müəllimlərin peşəkar hazırlığının gücləndirilməsi, infrastrukturun əlçatanlığının yaxşılaşdırılması və icma səviyyəsində maarifləndirmə tədbirlərinin genişləndirilməsi inklüzivliyin davamlı və effektiv tətbiqinə zəmin yaradır.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev inklüziv təhsilə həsr olunmuş konfransın bu sahənin inkişafına əhəmiyyətli elmi töhfə verəciyini bildirib. Qeyd edib ki, konfransın plenar iclasında müasir yanaşmaların müzakirəsi, qabaqcıl təcrübələrin paylaşılması, bu sahədə təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi inklüziv təhsil siyasətinin təkmilləşdirilməsinə və daha effektiv tətbiqinə şərait yaradır.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov bildirib ki, regionlarda inklüziv təhsilə göstərilən diqqətin gücləndirilməsi təhsil sistemində bərabər imkanların təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov çıxışında qeyd edib ki, orta məktəblərlə yanaşı, universitetlərdə də sağlamlıq imkanları məhdud gənclər üçün təhsilin əlçatanlığının təmin olunması onlarda özlərinə inam hissini artırır, cəmiyyətə layiqli vətəndaş kimi yetişməsinə dəstək olur.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov inkluziv təhsilin cəmiyyətin inkişafında mühüm rol oynadığını xüsusi vurğulayaraq, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyindən geniş şəkildə bəhs edib.

Xəzər Universitetinin rektoru Raziyə İsayeva Xəzər Universiteti ilə Gəncə Dövlət Universitetinin birgə həyata keçirdiyi layihələrdən bəhs edib, bu sahədə universitetlərin əməkdaşlığının önəmini vurğulayıb.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov çıxışında inklüziv təhsil sahəsində həyata keçirilən işlərin gələcəkdə daha böyük nəticələr verəcəyinə əminliyini ifadə edib.

GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə çıxış edərək bildirib ki, ölkəmizdə sağlamlıq imkanları məhdud şəxslərin bütün təhsil pillələri üzrə digər vətəndaşlarla bərabər şəkildə təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu çərçivədə onların təhsilə əlçatanlığının artırılması, inklüziv və maneəsiz təhsil mühitinin formalaşdırılması, müasir infrastrukturun yaradılması və uyğunlaşdırılmış tədris resurslarının tətbiqi daim diqqət mərkəzində saxlanılır.

Konfrans işini “İnklüziv təhsil mühitində keyfiyyət, bərabərlik və inkişaf” mövzusunda bölmə iclası ilə davam etdirib.

Əvvəlki Yazı

AMEA-nın vitse-prezidenti: Təhsildə süni intellekt ziyanverici rol oynayır

Növbəti Yazı

Məktəblilər Ümummilli Liderin irsini və Naxçıvanın mədəniyyətini öyrənirlər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.