Araşdırmalara görə, elmi adı niktofobiya olan olan qaranlıq qorxusu insanlarda ən çox yayılmış və primitiv qorxudur. Bura da qorxu qaranlığın özündən deyil, orada nəyinsə və ya kiminsə gizləndiyi fikrindən qaynaqlanır. Hesab edilirdi ki, insanların yüz illər ərzində sağ qalması qaranlıqda gizlənən təhlükələrdən qaçması ilə əlaqədar idi. Gecə vəhşı heyvanlarin hücumu qədim insanları ayıq-sayıq olmağa məcbur edirdi. Bu müdafiə mexanizmi insan genində formalaşıb. Həmçinin qaranlıqda ən vacib orqanın-gözün funksiyası icra olunmur. Daha doğrusu, yalnız qaranlığı görür. Bunun qarşılığında eşitmə və digər qabiliyyətlər-hiss etmə, toxunma-lamisə orqanları daha da güclənir. Kompensasiya reallığı daha təhlükəli qələmə verir. Qaranlığın yaratdığı qeyri-müəyyənliyi beyin əsassız şübhə və qorxularla doldurmağa başlayır.