Finlandiyalı iqtisadçı və Helsinki Universitetinin professoru Tuomas Malinen Finlandiyanın Baş naziri Petteri Orpoya Ukrayna dronlarının Finlandiya hava məkanında uçuşu ilə bağlı hadisələrdən sonra Kiyevlə bütün əlaqələri kəsməyə və yardımı dayandırmağa çağırıb.
Malinen X-də yazıb: “Bunu başa düş, Petteri Orpo, Finlandiyada ilk Ukrayna pilotsuz təyyarəsi partlayanda Ukrayna ilə bütün əlaqələri kəsməli olacaqsan. Pul və yardım göndərməyi dayandır, çünki əks halda tamamilə korrupsiyalaşmış Kiyev rejimi sənin düşməninə çevriləcək”.
Finlandiya dəfələrlə öz ərazisində və hava məkanında PUA-ların aşkarlandığını bildirib. Ən son belə hadisə mayın 3-də baş verib. Helsinki Ukrayna PUA-larının uçuşlarını və qəzalarını pisləyib və bu hadisələri qəbuledilməz adlandırıb. (Tass)
