İyul 2, 2026-0:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

İqtisadi münasibətlər baxımından ABŞ Azərbaycanın mühüm tərəfdaşlarından biri hesab olunur

2026:02:12 - 14:23
in SİYASƏT
A A

Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanıyıb və həmin dövrdən etibarən iki ölkə arasında diplomatik münasibətlər qurulub. Zaman keçdikcə ABŞ-Azərbaycan əlaqələri siyasi, iqtisadi, enerji, təhlükəsizlik və humanitar sahələri əhatə edən çoxşaxəli əməkdaşlığa çevrilib. Bu münasibətlər regionun geosiyasi vəziyyəti, zəngin enerji resursları və beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyəti fonunda inkişaf edib.

Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Samir Heydərov bildirib.

Onun sözlərinə görə, iqtisadi münasibətlər baxımından ABŞ Azərbaycanın mühüm tərəfdaşlarından biri hesab olunur. Ekspert vurğulayıb ki, ötən dövr ərzində ticarət əlaqələri əsasən ABŞ-dan Azərbaycana texnologiya, avadanlıq və sənaye məhsullarının idxalı üzərində qurulub. Azərbaycanın ABŞ-a ixracı isə əsasən qeyri-neft məhsulları ilə bəzi xammal kateqoriyalarını əhatə edib. Bu səbəbdən ticarət balansı əksər illərdə ABŞ-ın xeyrinə formalaşıb.

“2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 1,56 milyard dollar təşkil edib. Bunun təxminən 1,5 milyard dolları ABŞ-dan idxalın, təxminən 60 milyon dolları isə Azərbaycanın ixracının payına düşüb. ABŞ Azərbaycanın altıncı ən böyük ticarət tərəfdaşı və dördüncü əsas idxal mənbələrindən biridir. Enerji sahəsi ABŞ-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərindən biri olaraq qalır. ABŞ şirkətləri “Əsrin müqaviləsi” çərçivəsində Azərbaycanın neft-qaz sektorunun inkişafında mühüm rol oynayıb. Hazırda əməkdaşlıq Cənub Qaz Dəhlizi, Avropanın enerji təhlükəsizliyi, alternativ enerji layihələri və elektrik enerjisi infrastrukturu sahələrini əhatə edir. ABŞ üçün Azərbaycan Avropanın Rusiya qazından asılılığını azaltmaq baxımından strateji tərəfdaş hesab olunur. Təhlükəsizlik və hərbi əməkdaşlıq da münasibətlərin vacib komponentidir. Terrorla mübarizə, Xəzər dənizində təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlıq və kibertəhlükəsizlik əsas istiqamətlər sırasındadır?” – deyə Samir Heydərov qeyd edib.

Ekspert əlavə edib ki, ABŞ vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri son illərin ən yüksək səviyyəli ABŞ səfərlərindən biri kimi qiymətləndirilir və ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi təqdim olunur. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Vens tərəfindən ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb: “Sənəddə iqtisadiyyat, investisiya, enerji təhlükəsizliyi, müdafiə, texnologiya, süni intellekt, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bu xartiya münasibətləri rəsmi şəkildə daha yüksək strateji səviyyəyə qaldırıb. ABŞ Azərbaycanın ərazi sularının qorunması məqsədilə patrul gəmilərinin göndərilməsini planlaşdırdığını da açıqlayıb. Müdafiə satışlarının, antiterror və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi də gündəmdədir. Ümumilikdə ABŞ-Azərbaycan münasibətləri iqtisadi və texnoloji əməkdaşlığın genişlənməsi fonunda yeni mərhələyə qədəm qoyub. Enerji və tranzit layihələri, rəqəmsal infrastruktur, süni intellekt təşəbbüsləri, həmçinin Orta Dəhlizin inkişafı gələcək əməkdaşlığın əsas istiqamətləri kimi çıxış edir. Bu səfərin əsas nəticəsi ondan ibarətdir ki, ABŞ-Azərbaycan əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəlib, ABŞ Cənubi Qafqazda daha aktiv rol almağa başlayıb və regionda iqtisadi inteqrasiya ilə təhlükəsizlik əməkdaşlığının güclənməsi üçün yeni imkanlar yaranıb”.

Əvvəlki Yazı

ABŞ-Azərbaycan əməkdaşlığının yeni mərhələsi postmünaqişə dövründə etimadı artırır ŞƏRH

Növbəti Yazı

Tikinti ekologiyası və Dünya Şəhərsalma Forumu: Azərbaycanın strateji mövqeyi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.