İyun 6, 2026-13:17
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

İqtisadiyyat nazirinin birinci müavini Uruqvayda bir sıra görüşlər keçirib

2025:09:08 - 12:16
in İQTİSADİYYAT
A A

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Uruqvaya səfəri çərçivəsində bir sıra görüşlər keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Uruqvayın xarici əlaqələr nazirinin müavini Valeria Csukasi ilə görüşüb. Görüşdə Azərbaycan iqtisadiyyatı, ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlər diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycanla Uruqvay arasında indiyədək iqtisadi, gömrük, mədəniyyət və digər sahələri əhatə edən ümumilikdə altı sənəd imzalanıb. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb.

Uruqvayın sənaye, enerji və mədənçilik naziri Fernanda Kardona ilə görüşdə bildirilib ki, Uruqvay şirkətlərinin Azərbaycana investisiya qoyuluşu üçün böyük potensial mövcuddur. Xüsusilə bərpaolunan enerji, yaşıl texnologiyalar, infrastruktur, nəqliyyat və sənaye sahələrində geniş əməkdaşlıq imkanları var. Ələt Azad İqtisadi Zonası xarici investorlar, o cümlədən uruqvaylı sərmayədarlar üçün geniş imkanlar açır.

Uruqvayın Yanacaq, Spirt və Limanlar Milli Administrasiyasının (ANCAP) prezidenti Sesi̇liya San Roman ilə görüşdə SOCAR ilə ANCAP arasında əməkdaşlıq imkanları, xüsusilə enerji sahəsində qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin reallaşdırılması imkanları müzakirə olunub. Tərəflər yaşıl enerji və müasir texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd ediblər.

Əvvəlki Yazı

Azərbaycanla İran arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq müzakirə olunub

Növbəti Yazı

Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.