İyul 17, 2026-11:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

“İradənin zəfər çaldığı gün: Tarixi bir başlanğıcın izi ilə” adlı tədbir təşkil olunub

2026:07:15 - 10:00
in SİYASƏT
A A

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 57-ci ildönümü münasibətilə “İradənin zəfər çaldığı gün: Tarixi bir başlanğıcın izi ilə” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndələrinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ardınca iştirakçılar Ümummilli Liderin Azərbaycan naminə çəkdiyi fədakar zəhmətə həsr olunmuş “Liderin ürəyi” sənədli filmini izləyiblər. Sonra iştirakçılar Mərkəzin ekspozisiya zalında Ulu Öndərin zəngin irsini əks etdirən fotostendlərlə tanış olaraq, dahi şəxsiyyətin keşməkeşli, lakin şərəfli həyat yoluna nəzər salıblar.

Tədbirdə çıxış edən natiqlər 1969-cu il iyulun 14-də Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə respublikamızda başlayan intibah dövrü, iqtisadi və mədəni yüksəliş, həmçinin müstəqilliyə aparan mürəkkəb yolun etibarlı təməli barədə geniş fikir mübadiləsi aparıblar.

Tədbir Azərbaycanın müstəqillik yolundakı şanlı tarixi gənc nəsillərə çatdırmaq, Ümummilli Liderin xilaskarlıq missiyasını dərindən dərk etmək və vətənpərvərlik ruhunu gücləndirmək məqsədi daşıyıb.

Əvvəlki Yazı

Axios: Tramp administrasiya ilə İrana zərbələrin əhatə dairəsinin genişləndirilməsini müzakirə edib

Növbəti Yazı

Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəni təbrik edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.