İranın hava hücumundan müdafiə sistemləri ölkənin cənubundakı Hörmüzqan əyalətinin Sirik rayonu üzərində ABŞ istehsalı olan LUCAS döyüş sursatını vurub. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidməti məlumat verib.
SNN açıqlamaya istinadən bildirib ki, “ABŞ terror ordusuna məxsus LUCAS intiharçı pilotsuz təyyarəsi Sirika bölgəsində vurularaq Fars körfəzi sularına düşüb” . (Tass)
