Aprelin 2-də ABŞ vasitəçi ölkə vasitəsilə İrana iki günlük atəşkəs təklif etdi. Tehran hücumlarının intensivliyini artırmaqla cavab verdi. Bu barədə Fars xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, təklif “İran İslam Respublikasının hərbi potensialının səhv qiymətləndirilməsi səbəbindən ABŞ Silahlı Qüvvələri üçün ciddi problemlərin yaranmasından” sonra irəli sürülüb.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp iddia etmişdi ki, Vaşinqton silahlı münaqişəyə son qoymaq üçün “yeni, daha ağlabatan” İran hakimiyyəti ilə danışıqlar aparır.
İslam Respublikasının Xarici İşlər Nazirliyi dəfələrlə Amerika liderinin açıqlamalarını təkzib edərək, Tehranın vasitəçilər vasitəsilə ABŞ-dan bir neçə təklif aldığını və bu təkliflərin “məntiqsiz” və “həddindən artıq sərt” olduğunu qeyd edib.
