Ordunun mətbuat xidmətinin məlumatına görə, dünən gecə İran silahlı qüvvələri pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək ABŞ-ın Bəhreyndəki Şeyx İsa və İordaniyadakı Əl-Əzraq bazalarına yanacaq çənləri və anbarlarına zərbələr endirib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, bəyanatda deyilir: “İranın dronları Bəhreyndə Şeyx İsa hava bazasında yanacaq saxlama obyektlərinə, anbarlara və avadanlıqların və ABŞ terrorçu qüvvələrinin yerləşdiyi böyük anqarlara zərbələr endirib. Əməliyyat zamanı dronlar həmçinin İordaniyadakı Əl-Əzraq hava bazasında təyyarə təmiri və texniki xidmət anqarlarına və ABŞ hərbi obyektlərinə hücum edib”. (Tass)
