İran ordusu İordaniya və Küveytdəki ABŞ hərbi bazalarına, eləcə də Bəhreyndə alüminium zavoduna pilotsuz təyyarələrlə zərbələr endirib.
İran dövlət televiziyası ordunun mətbuat xidmətinə istinadən bildirib ki, “Bu səhər tezdən [İran silahlı qüvvələri] təchizat və logistika anbarına və İordaniyadakı ABŞ terrorçu qüvvələrinin yerləşdiyi ərazilərə, Küveytdəki Arifjan düşərgəsindəki ABŞ zirehli briqadasının mexanikləşdirilmiş batalyonuna və Bəhreynin ən böyük alüminium zavoduna pilotsuz təyyarələrlə hücumlar həyata keçirib”.
