İran parlamenti ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsini qadağan edən qanun layihəsini nəzərdən keçirir. Bu barədə İran parlamentinin (Məclis) rəyasət heyətinin üzvü Əlirza Səlimi məlumat verib.
“ Tasnim” xəbər agentliyi onun sözlərinə istinadən bildirib ki, Hörmüz boğazı və Fars körfəzinin təhlükəsizliyini və davamlı inkişafını təmin etmək üçün strateji tədbirlər haqqında” qanun layihəsinin mətni hazırda Milli Təhlükəsizlik Komitəsi tərəfindən nəzərdən keçirilir. Səlimi qeyd edib ki, layihə “ABŞ, İsrail və düşmən hesab edilən digər dövlətlərə məxsus gəmilərin” Hörmüz boğazından keçidini qadağan edəcək.
Səlimi qeyd edib ki, İrana zərər vuran ölkələr, dəyən ziyan tam ödənilənə qədər Hörmüz boğazından və Fars körfəzindən keçməyə icazə ala bilməyəcəklər. (Tass)
