Tehran, Vaşinqton və Beyrut Livanda atəşkəsin həyata keçirilməsi üçün üçtərəfli işçi qrupu yaratmaq niyyətindədirlər. Bu barədə İslam Respublikası Məclisinin (Parlament) sədri Məhəmməd Bağır Qalibaf bildirib.
O, İranın dövlət televiziyasına verdiyi müsahibədə bildirib ki, “Livanın dövlət suverenliyini təmin etmək üçün İran, ABŞ və Livandan ibarət birgə komitə yaradılacaq. Ölkəmizin səfiri də bu komitədə bizim nümayəndəmiz olacaq”. (Tass)
