İran ABŞ və Səudiyyə Ərəbistanının İraq ərazisinə hücumlarını pisləyir və bu hücumlar Yaxın Şərqdə müharibəni daha da qızışdırır. Bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi bildirib.
İranın diplomatik bəyanatında deyilir: “İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ və Səudiyyə Ərəbistanının İraqın bir neçə ərazisinə qarşı təcavüzkar hücumlarını qətiyyətlə pisləyir. Bu hücumlar İraqın milli suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulması, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin və beynəlxalq hüququn fundamental normalarının kobud şəkildə pozulmasıdır və Qərbi Asiya bölgəsində müharibə və münaqişəni qızışdırmaq məqsədi daşıyan ABŞ və sionist rejimin (İsrailə istinadən ) maraqlarına xidmət edir”.
İran Xarici İşlər Nazirliyi hücumlar nəticəsində İraqda baş verən itkilərlə bağlı başsağlığı verib və Vaşinqton və Ər-Riyadın “bu cinayətkar, qeyri-insani və təxribatçı hərəkətlərin təhlükəli nəticələrinə” görə məsuliyyət daşıdığını bildirib. (Tass )
