İran 27 martda Ərdəkandakı (Yəzd əyaləti) sarı tort (uran konsentratı) istehsal edən bir müəssisəyə hücum barədə Beynəlxalq Atom Enerjisi Agentliyini (BAEA) məlumatlandırıb. Bu barədə təşkilatın mətbuat xidməti məlumat verib.
Agentliyin açıqlamasında deyilir: “İran bu gün Yəzd əyalətindəki (Ərdəkan kimi də tanınır) Şəhid Rezai Nejad zavoduna hücum edildiyi barədə MAQATE-yə məlumat verib. Artıq radiasiya səviyyəsi aşkar edilməyib. MAQATE alınan məlumatları araşdırır”.
MAQATE-nin baş direktoru Rafael Qrossi nüvə hadisəsinin qarşısını almaq üçün hərbi münaqişə zamanı təmkinli olmağın vacibliyini bir daha vurğulayıb. (Tass)
