İslam Respublikasının elm nazirinin köməkçisi Məhəmməd Əli Dadqostarniya bildirib ki, ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ən azı 33 iranlı universitet tələbəsi həlak olub.
“Sionist rejimin (İsraili nəzərdə tutur ) və Amerika düşməninin əziz İranımızın ərazisinə təcavüzü nəticəsində ölən tələbələrin sayı 33 nəfərə çatıb”, Mehr agentliyi onun sözlərini sitat gətirir. (Tass)
