İran Ordusunun komandanı Əmir Hatəmi bildirib ki, ABŞ-ın İran ərazisinə hücumu halında, əsir götürülən və ya öldürülən hər bir amerikalı hərbçiyə görə hər kəsə mükafat veriləcək.
İranın dövlət televiziyası onun sözlərini sitat gətirib: “Maliyyə kampaniyasında iştirak etmək üçün çoxsaylı müraciətlər nəzərə alınmaqla, Amerika təcavüzkarını məhv edən, ələ keçirən və təhvil verən hər kəsin İran İslam Respublikası Ordusundan zəmanəti ilə 30.000 dollar və ya 50 milyard rial mükafat alacağı bir plan hazırlanıb. Bunu bacaran cəsur İran qadınları ikiqat mükafat alacaqlar”. (Tass)
