İran silahlı qüvvələri Qətərdəki ABŞ-ın Əl-Udeyd hava bazasına zərbə endirərək onun radar sistemini və bir neçə yanacaqdoldurma təyyarəsini məhv edib. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat verib.
“İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin qırıcıları tərəfindən dünən gecə həyata keçirilən cavab əməliyyatının davamı olaraq, Nəsr-2 əməliyyatının 15-ci dalğası zamanı Qətərdəki Amerika Əl-Udeyd hava bazasına güclü və qəfil zərbə endirilib”, – deyə açıqlamada bildirilir.
Qeyd olunur ki, hücum nəticəsində bir radar stansiyası və bir neçə Amerika “strateji yanacaqdoldurma təyyarəsi” tamamilə məhv edilib, bir sıra digər təyyarələrə isə ciddi ziyan dəyib. (Tass)
