İranın İraqdakı səfiri Məhəmməd Kazem əs-Sadiq ABŞ nümayəndələri ilə dialoq zamanı Tehranın Livanın şiə təşkilatı Hizbullahı dəstəkləməkdən imtina etməsi barədə məlumatları təkzib edib. Bu barədə INA xəbər agentliyi məlumat yayıb.
İranın Bağdaddakı səfiri qeyd edib ki, “Livan məsələsi həmişə İslam Respublikasının ABŞ-la danışıqlarda mövqeyinin ayrılmaz hissəsi olub”. O əlavə edib ki, “Tehran həmişə Livan cəbhəsində atəşkəsi həm İranda, həm də bütövlükdə Fars körfəzi bölgəsində hərbi əməliyyatların dayandırılması ilə əlaqələndirib”. “İran Livanlı qardaşlarını unutmur və onları tək qoymur”, – deyə əl-Sadiq vurğulayıb.
