Amerikanın Yaxın Şərqdəki hərbi mövcudluğu regiona sabitlik gətirməyib, əksinə, xaos yaradıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bunu Misirin ” Əl-Məsri əl-Youm” xəbər agentliyinə verdiyi müsahibədə bildirib.
“Düşünürəm ki, hər kəs görür ki, Amerikanın regiondakı hərbi mövcudluğu nə sülh, nə də sabitlik gətirməyib, əksinə, yalnız xaos yaradıb. Hesab edirəm ki, regiondakı hər bir ölkənin Amerikanın hərbi mövcudluğuna dair siyasətini yenidən nəzərdən keçirməsi məntiqli olardı”, – deyə İran diplomatı qeyd edib. (Tass)
