İran Parlamentinin sədrliyinin sözçüsü Əlirza Səlimi bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yəhudi dövlətinə verdiyi dəstəyə görə ikinci İsrail hesab edilə bilər.
İran parlamentinin mətbuat xidməti onun sözlərini sitat gətirib: “Birləşmiş Ərəb Əmirlikləri əslində ikinci İsrail hesab edilə bilər, çünki ‘hərbi’ İsrail işğal olunmuş [Fələstin] ərazilərində yerləşir və Əbu-Dabi İsrailin iqtisadi qanadı kimi qəbul edilir”.
Səliminin sözlərinə görə, BƏƏ hakimiyyəti əhali arasında dəstəkdən məhrumdur və ölkənin maraqlarını müdafiə etməyi çoxdan dayandırıb, nəticədə başqalarına güvənməyə və ABŞ və İsrailin tərəfində oynamağa məcburdurlar. (Tass)
