8 mart səhəri İsrailin Beyruta endirdiyi hava hücumu nəticəsində dörd İran diplomatı həlak olub. İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bu barədə BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib.
TASS-ın əlində olan məktubda deyilir: “8 mart 2026-cı il tarixində, bazar günü səhər tezdən İsrail rejimi Beyrutdakı Ramada otelində qəsdən terror hücumu həyata keçirib və nəticədə İran İslam Respublikasının dörd diplomatı həlak olub”. (Tass)
