İranın hava məkanı təxminən 18 aprel şənbə səhərinə qədər bağlı qalacaq. Bu barədə TASS-a Yaxın Şərq hava hərəkətinin idarə edilməsi xidmətindəki mənbə bildirib.
Agentliyin mənbəsi ölkənin aviasiya hakimiyyətinin müvafiq qərarına istinadən bildirib ki, “İran səması 18 aprel şənbə günü təxminən saat 5:30-a (Bakı vaxtı ilə 9:30) qədər uçuşlar üçün bağlı olacaq”. Mənbənin sözlərinə görə, istisna olaraq, İran aviasiya hakimiyyəti dövlət, hərbi və tibbi təyyarələrlə uçuşlara, eləcə də axtarış-xilasetmə uçuşlarına icazə verir. “Bu cür uçuşlar mülki aviasiya hakimiyyətinin xüsusi icazəsi ilə həyata keçirilə bilər”, – deyə mənbə qeyd edib.
