İranın mərhum Ali Lideri Əli Xamenei ilə vida mərasimi bu gün yerli vaxtla saat 22:00-da başlayacaq və üç gün davam edəcək. Bu barədə İslam Təbliğat Koordinasiya Şurasının rəhbəri Məhəmməd Hüseyn Musapur məlumat verib.
“Bu axşam saat 22:00-dan etibarən İmam Xomeyni məscidi inqilabçı xalqı qarşılayacaq. Bu axşamdan etibarən vida mərasimləri üç gün ərzində namaz zalında gecə-gündüz keçiriləcək”, – deyə o, dövlət televiziyasında bildirib. (Tass)
