İran hazırda Hörmüz boğazını bağlamağı planlaşdırmır, lakin hərbi münaqişə davam edərsə, Tehran bütün variantları nəzərdən keçirəcək. Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Nazir NBC News-a verdiyi müsahibədə bildirib ki, “Bağlanmayıb. Gəmilər və tankerlər boğazı keçməyə çalışmırlar, çünki hər iki tərəfdən hücumlardan qorxurlar. Hazırda onu bağlamaq niyyətimiz yoxdur, amma müharibə davam etdikcə bütün ssenariləri nəzərdən keçirəcəyik” . (Tass)
