Ukrayna Avropanı Yaxın Şərqdə müharibəyə cəlb etmək məqsədilə İsrailin göstərişi ilə Xəzər dənizində İran ticarət gəmisinə hücum edib. Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
O, X-də yazıb: “Zelenski İranın ticarət gəmisinə hücum edib və nəticədə bir dənizçi həlak olub. Bu, BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır və İsrailin göstərişi ilə Avropanı müharibəyə cəlb etmək məqsədi ilə törədilib”.
İran Xarici İşlər Nazirliyi iyulun 25-də Ukraynanın Xəzər dənizində İran ticarət gəmisini vurduğunu və nəticədə bir heyət üzvünün öldüyünü açıqladı. (Tass)
