Mərhum Ali Rəhbər Əli Xamenei ilə vida mərasiminə gələn iranlı zəvvarlar onun qətlinə görə tezliklə qisas tələb edirlər.
TASS müxbiri xəbər verir ki, “Biz çox yaxın gələcəkdə ondan mütləq intiqam alacağıq”, – deyə qonşu şəhərdən Xamenei ilə vidalaşmaq üçün Məşhədə gələn iranlı mühəndis bildirib.
İranın “Xəbərfori” xəbər agentliyinin jurnalisti Əkbərpur əmindir ki, Xameneinin təlimlərinə uyğun olaraq, bütün Yaxın Şərq ölkələri İsrail və ABŞ-a qarşı mübarizədə birləşməlidir. O, vurğulayıb ki, “[Xameneinin ölümünə görə] qisasımız bu olacaq: İsrailin öz torpağında məğlubiyyəti, eləcə də Tramp və ABŞ-ın bölgədəki məğlubiyyəti”. (Tass)
