İraqdakı qeyri-hökumət silahlı qrupları ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq alyansın ölkəni tərk etməsi gözlənilən 30 sentyabr tarixinə qədər tərksilah ediləcək. Bu barədə açıqlamanı Baş nazir Əli əl-Zeydi verib.
“30 sentyabrdan sonra İraqda silahlı qruplaşmaların mövcudluğuna ehtiyac qalmayacaq. Təhlükəsizlik qüvvələrimiz ölkəni müstəqil şəkildə müdafiə etməyə qadirdir”, – deyə əl-Zeydi Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşündə vurğulayıb. İraq baş nazirinin sözləri INA xəbər agentliyi tərəfindən yayılıb.
Əl-Zeydi həmçinin bəzi qrupların artıq respublika hakimiyyətinə “külli miqdarda silah” təhvil verdiyini bildirib, lakin hansı konkret qruplardan bəhs etdiyini və ya hansı silah növlərinin dövlət nəzarəti altına keçdiyini dəqiqləşdirməyib. (Tass)
