Aprel 29, 2026-13:23
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

İraq qəzetində “Molla Nəsrəddin” jurnalının Şərqdə satirik mətbuatın inkişafında rolundan yazılıb

2026:04:28 - 17:07
in SOSİAL
A A

İraqın Mədəniyyət Nazirliyinin əsas mətbu orqanı olan “Uruk” qəzetində doktor Mutəzz Muhy Əbdülhəmidin “Molla Nəsrəddin qəzeti və satira” başlıqlı geniş məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə müəllif satirik ədəbiyyatın cəmiyyətə təsirindən bəhs edir.

Bildirilir ki, satira yalnız gülüş doğuran janr deyil, həm də ictimai nöqsanların üzə çıxarılması, maarifləndirmə və sosial dəyişikliklərə təkan verən ciddi ədəbi ifadə vasitədir. Qeyd olunur ki, müxtəlif xalqlarda satira fərqli formalarda təzahür etsə də, onun əsas məqsədi cəmiyyətin problemlərinə işıq tutmaqdır.

Yazıda “Molla Nəsrəddin” jurnalının Azərbaycan və ümumilikdə Şərq dünyasında satirik mətbuatın inkişafında oynadığı mühüm rolu xüsusi vurğulanır. Bildirilir ki, jurnal XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə tərəfindən təsis olunaraq cəmiyyətin aktual problemlərini sadə və anlaşıqlı dildə oxuculara çatdırıb.

Məqalədə qeyd edilir ki, jurnal dini fanatizm, savadsızlıq və sosial ədalətsizlik kimi məsələləri kəskin tənqid edib, təhsilin inkişafı, qadın hüquqlarının genişləndirilməsi və Qərb dəyərlərinə inteqrasiya ideyalarını təbliğ edib. Bu fəaliyyətinə görə nəşrin əməkdaşları tez-tez təzyiqlərlə üzləşiblər.

Müəllif vurğulayır ki, 1906–1931-ci illərdə Tiflis, Təbriz və Bakıda nəşr olunan jurnal geniş oxucu auditoriyası qazanıb və Azərbaycan mətbuatında yeni satirik məktəbin formalaşmasına gətirib çıxarıb.

Sonda qeyd olunur ki, bu gün də satira cəmiyyətin müxtəlif təbəqələri üçün təsirli ifadə vasitəsi olaraq qalır və ictimai fikrin formalaşmasında mühüm rol oynayır.

Əvvəlki Yazı

Braziliyada “Azərbaycan Mədəniyyət Günü” keçirildi

Növbəti Yazı

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə görüşdü

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.