Suriya hərbi birləşmələrinin İraq sərhədi yaxınlığındakı hərəkətləri İraq ordusunun nəzarəti və koordinasiyası altındadır. Bu barədə İraq sərhəd qüvvələrinin komandanı general Məhəmməd əs-Səidi bildirib.
İraq sərhəd qoşunlarının komandanı qeyd edib ki, “Suriya ilə sərhəddə vəziyyət normaldır və hərbi hissələrin Suriya tərəfindəki hərəkəti əməliyyatlarımızın bir hissəsi olaraq və İraq qüvvələri ilə əlaqələndirilərək həyata keçirilir.” O, əlavə edib ki, “Hazırda Suriya ilə sərhəddə heç bir təhlükə yoxdur və Suriya tərəfi ilə daim məlumat mübadiləsi aparılır”.
General əl-Səidi izah etdi ki, İraq sərhəd qoşunları “sərhədi möhkəm saxlayır, Suriya ordusu isə hələlik sərhəd məntəqələrini işə salmayıb”. (Tass)
