İraqın Baş naziri Əli əl-Zeydi ölkə daxilində silahların yayılmasının məhdudlaşdırılması üçün qanun layihəsinin hazırlanmasını əmr edib. Bu barədə Baş nazirin ofisi Telegram-da məlumat verib.
Əl-Zeydinin parlament təhlükəsizlik komitəsinin üzvləri ilə görüşdə dediyi kimi, “İraqın hazırda üzləşdiyi ən ciddi təhlükə silahların nəzarətsiz yayılmasıdır. Silahların dövlət işçiləri ilə məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsinin hazırlanması vacibdir”. İraq baş nazirinin sözlərinə görə, Bağdad yaxın gələcəkdə “hərbi qurumlarını gücləndirməlidir ki, onlar “ölkə daxilində təhlükəsizlik və sabitliyi təmin edə bilsinlər”.
Daha əvvəl İraq Daxili İşlər Nazirliyinin Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri hakimiyyət orqanlarının mənsubiyyətindən asılı olmayaraq istənilən PUA-nın buraxılışını terror aktı hesab edəcəyini açıqlamışdı. Departament həmçinin bildirib ki, İraq ərazisindəki bütün silahlar 2026-cı ilin sonuna qədər rəsmi olaraq qeydiyyata alınmalıdır. (Tass)
