On ildir ki, Turan anlayışı beynəlxalq ictimaiyyətdə etiraf olunan bir həqiqətdir.
“Report” xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya qədim Turan haqqında və kiçik Asiya ərazilərində prototürk qəbilələri, onların Qafqazla əlaqələri” mövzusunda keçirilən konfransda deyib.
Akademikin sözlərinə görə, Turan anlayışı və ifadəsi əvvəllər bu şəkildə həqiqi bir anlayış kimi qəbul edilməyib.
İ.Həbibbəyli, həmçinin ermənilərin sivilizasiya yaradan xalqlardan olmadığını da bildirib: “Eləcə də “Böyük Ermənistan” xülyası hər zaman xülya və reallıqdan uzaq saxta mifologiya olub. Bu mənada, hazırkı geosiyasi şəraitdə Baş nazir Nikol Paşinyanın təqdim etdiyi real Ermənistan anlayışını ermənilərin qəbul etməsi zəruridir”.
AMEA rəhbəri Cənubi Qafqazdakı sülh şəraitinə diqqət çəkərək onu da əlavə edib ki, bu proses ən çox Ermənistana və erməni xalqına sərf edir.
