May 1, 2026-21:55
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

İşğaldan azad olunmuş ərazilərdə abidələrə dəyən ziyan 700 milyon manatdan artıqdır

İşğaldan azad olunmuş ərazilərdə 68 abidə tamamilə yer üzündən silinib, 114 abidə isə ciddi zərər görüb.

Teleqraf xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Fariz Hüseynli “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum çərçivəsində təşkil edilən “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi ” adlı panel sessiyada deyib.

O bildirib ki, ümumilikdə tarixi abidələrə dəyən ziyan 700 milyon manatdan artıqdır.

“Siyahıda olan 130-dan artıq abidə yoxlanışdan keçə bilməyib. Bunun səbəbi isə mina təhlükəsidir”, – o vurğulayıb.